01:00 15-11-2012
news_image
859
DİGƏR NÖVLƏR

Həmyerlimiz ABŞ-da çempion oldu

ABŞ-ın Las-Veqas şəhərində puerliftinq üzrə dünya çempionatı keçirilib. Apasport.az saytının xəbərinə görə, çempionatda Azərbaycan atletləri də iştirak ediblər ki, onlardan biri - Hafiz Verdiyev iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Əvvəlcə çıxış etdiyi 100 kq-da çempion adını qazanan Hafiz ardından gənclər arasında mütləq çəki dərəcəsində də bütün rəqiblərini qabaqlayıb.

Təəssüf ki, APF-nin prezidenti Ələddin Əliyevin rəhbərliyi altında bəlli yarışa qatılan digər atletlərimiz mükafatçılar sırasında yer ala bilməyib. Azər Əliyev DÇ-də 4-cü, Qiraf Əliyev 5-ci, İbrahim İbrahimov isə 6-cı yeri tutub.