16:46 15-11-2012
news_image

Yığmamız Belarusa gedir

Noyabrın 17-də Belarusun paytaxtı Minskdə Olimpiya çempionu Oleq Karavayevin xatirəsinə həsr olunmuş XIX beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşi üzrə komandalararası xarakter daşıyan bu yarışda 10 ölkənin iştirakı gözlənilir.

Azərbaycan, Rusiya, Ukrayna, Litva, Qazaxıstan, Fransa, Gürcüstan, ABŞ, Polşa və Belarus komandaları turnirin qalibi olmaq uğrunda mübarizə aparacaq.

Yığmanın böyük məşqçisi Şaban Donatın rəhbərliyi altında turnirdə ölkəmizi 7 güləşçi təmsil edəcək. Heyətdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Niyaməddin İbrahimov (74 kq), Elməddin Abdullayev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.