11:56 16-11-2012
news_image
822
DİGƏR NÖVLƏR

“Apasport”un unikal İP-si 50 mini keçib

“Google Analytics” şirkətinin statistikasına əsasən, Apasport Agentliyinə məxsus olan www.apasport.az saytının oktyabr ayı ərzində 179 min 488 ziyarətçisi olub. Bu haqda apaholding.az saytı xəbər verib.

Belə ki, saytın unikal İP-si 51 min 571 min olub. Sayta daxil olanlar 758 min 718 səhifə açıb. Yəni bir ziyarətçi orta hesabla 4 xəbər oxuyub.

Apasport oxucuları orta hesabla 16 dəqiqələrini saytda keçirib. Ziyarətçilərin 76.34 faizi təkrarən sayta daxil olanlardırsa, qalan 23.66 faiz tam yeni ziyarətçilərdir.