12:31 16-11-2012
news_image
2755
DİGƏR NÖVLƏR

Firdovsi Umudov: Söz verirəm ki...

“Bu, mənim üçün olduqca qürurverici andır. İlk dəfədir ki, azərbaycanlı məşqçi dünyanın ən yaxşısı seçilir”. Apasport.az saytının məlumatına görə, bunu FİLA tərəfindən 2012-ci ilin ən yaxşısı elan edilən sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudov deyib.

O, Güləş Federasiyasının rəsmi saytına özü üçün əlamətdar olan bu hadisəni ölkə idmanının uğuru kimi dəyərləndirib: “2009-cu ildə Azərbaycanda ilin məşqçisi olmuşdum, indi isə dünyanın ən yaxşısı seçildim. Təbii ki, bu uğurları təkbaşına qazana bilməzdim. Bizə yaradılan yüksək şəraitə görə Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədova, federasiyanın 1-ci vitse-prezidenti Namiq Əliyevə və bütün məşqçi həmkarlarıma minnətdaram. Biz komanda olaraq bir yerdəyik və bu uğur hamımızındır. Söz verirəm ki, bundan sonra da güləşimizin inkişafı, idmançılarımızın parlaq qələbələri üçün durmadan çalışacam və dövlət başçımız cənab İlham Əliyevin bizə olan etimadını doğrultmaq üçün əlimdən gələni edəcəm”.