12:59 16-11-2012
news_image
9050
DİGƏR NÖVLƏR

Təbriklər, qol.az!

Qol.Az saytının fəaliyyətə başlamasından dörd il ötür. Dörd il əvvəl, 2008-ci il noyabrın 17-də Qol.Az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Qol.Az son dörd ildə Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilib. Hazırda sayta gündəlik ziyərətçi sayı orta hesabla 12.000-dir. 2009-cu ilin yekunlarına görə, Qol.Az “Milli net” mükafatının “İlin ən yaxşı idman saytı” nominasiyasında birinci yeri tutub.

Qol.Az saytının kollektivi hər zaman onunla birgə olan və ona dəstək verən dəyərli oxucularına təşəkkürünü bildirir.