11:32 19-11-2012
news_image

Argentina klubu Bakıda döyüldü

“Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) I turun matçında Azərbaycanın “Baku Fires” və Argentinanın “Argentina Condors” komandaları qarşılaşıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz mövsümə möhtəşəm qələbə ilə başlayıb – 5:0.

Belə ki, boksçularımızın heç biri uduzmayıb. Üstəlik, Hacı Murtuzəliyev rəqibini nokautla məğlub edib.

Baku Fires – Argentina Condors
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Alberto Ezequiel Melian (Argentina) – 3:0 (49:45, 50:44, 49:44)
61 kq. Albert Səlimov (Rusiya) – İqnacio Perrin (Argentina) – 3:0 (50:44, 50:44, 50:43)
73 kq. Xaybulla Mürsəlov (Azərbaycan) – Xuan Velasko (Argentina) – 3:0 (49:46, 49:46, 50:45)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Facundo nahuel Simal (Argentina) –3:0 (50:45, 49:46, 50:45)
+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Maksimiliano Sosa (Argentina) texniki nokautla Murtuzəliyev qalib gəlib

A qrupunun digər görüşündə “Mexico Guerreros” “Poland Hussars”ı 4:1 hesabı ilə məğlub edib. “Dinamo” (Rusiya) isə Əlcəzairin “Desert Hawks” klubuna “quru hesabla” qalib gəlib.

Turnir cədvəli:

Komanda
O
X
Baku Fires
1
3
Dinamo (Moskva)
1
3
Mexico Guerreros
1
3
Hussars Poland
1
0
Argentina Condors
1
0
Desert Hawks
1
0