11:50 19-11-2012
news_image

“Yüksək yerlər uğrunda mübarizə aparacağıq”

“Mövsümə qələbə ilə başlamağımız vacib idi. Bu işin öhdəsindən gələ bildik”. Apasport.az saytının məlumatına görə, bunu “Baku Fires” klubunun yeni baş məşqçisi Nuripaşa Talibov “Argentina Condors”la görüşdən sonra deyib.

O bildirib ki, rəqiblərini 5:0 hesabı ilə məğlub etsələr də, döyüşlər asan alınmayıb: “Əlbəttə, komandamız qrupun favoriti sayılır. Biz bu mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq. 5:0 hesabı ilə qalib gəlsək də, görüşün asan keçdiyini deyə bilmərəm. Növbəti döyüşdə başqa heyət çıxış edəcək. Biz indidən 2-ci görüşümüzə hazırlaşmalıyıq”.