12:59 19-11-2012
news_image

Yığmamız dünya çempionatına 15 idmançı ilə yollandı

Azərbaycan parataekvondo üzrə milli komandası dünya çempionatına yollanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, noyabrın 22-də Arubanın Santa Kruz şəhərində start götürəcək yarışda yığmanın baş məşqçisi Əvəz Tağıyevin rəhbərliyi altında 15 idmançı iştirak edəcək.

Sayca III mundilada A6 kateqoriyasında Emil Nüsrəttdinov (58 kq), Nicat Müslümov (68 kq), Aleksandr Polişuk (80 kq) və Vüsal İsmayılov (+80 kq), A5 kateqoriyasında Namiq Abbasov (58 kq) və Anar Hüseynov (68 kq) mübarizə aparacaqlar.

A8 kateqoriyasından olan yarışlarda isə Rövşən Qəhrəmanlı (58 kq), Əbülfəz Abuzərli (58 kq), Mahmud Səmədov (68 kq), Rövşən Rzayev (80 kq), Hüseyn Həsənov (80 kq), Vüqar Adışirinov, Cahangir Bayramov (hər ikisi +80 kq), Röyalə Fətəliyeva (49 kq) və Aynur Məmmədova (57 kq) çıxış edəcəklər.

Qeyd edək ki, millimiz vətənə noyabrın 24-də vətənə dönəcək.