14:40 26-11-2012
news_image

Bakı klubunda 4 debutant

Noyabrın 30-da “Baku Fires” klubu Ümumdünya Boks Seriyasının (WSB) 2-cü turunun matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi səfərdə liqanın debütantı Əlcəzairin “Desert Havks” klubu ilə qarşılaşacaq.

Komandaların heyətləri artıq məlumdur:


Desert Havks – Baku Fires

54 kq. Samir Brahimi (Əlcəzair) – Orzubek Şaimov (Özbəkistan)
61 kq. Abdelkader Çhadi (Əlcəzair) – İsa İsayev (Azərbaycan)
73 kq. Abdelmalek Rahou (Əlcızair) – Jaba Xositaşvili (Gürcüstan)
85 kq. Nabil Kassel (Əlcəzair) – Vladimir Çeles (Moldova)
+91 kq. Çouaib Bouloudinats (Əlcəzair) – Əshab Abdulxaliqov (Azərbaycan)

Bu döyüşdə komandamızın heyətində 4 yeni boksçu debüt edəcək. 54 kq çəki dərəcəsində mübarizə aparan Orzubek Şaimov Bakıda keçirilən dünya çempionatının (2011-ci il) 1/4 finalçısıdır.
2011-ci ilin Avropa çempionatının bürünc mükafatçısı Xositaşvili ötən mövsüm “İstanbul Bosphorus” klubunun heyətində 5 görüşün 4-də qələbə qazanıb.

Moldovalı Çeles ötən çempionatda Moskva “Dinamo”sunun heyətində çıxış edib. 20 yaşlı Əshab Abdulxaliqov isə WSB liqasında ilk döyüşünə çıxacaq.

Rəqib komandada ən təcrübəli boksçu 61 kq çəki dərəcəsində döyüşəcək Abdelkader Çadidir. Pekin Olimpiadasının 1/4 finalçısı olan 25 yaşlı idmançı ötən mövsüm “Paris United”in heyətində 3 döyüşün 2-də qalib gəlib.

Abdulxaliqovun rəqibi olacaq Bouloudinatsın da yetərincə WSB təcrübəsi var. 2011-ci ilin dünya çempionatında 1/4 finala kimi irəliləyən boksçu ötən çempionatda “Astana Arlans” komandasında 4 görüşün 3-də rinqi qalib kimi tərk edib.

Qeyd edək ki, A qrupunda 2-ci turun digər 2 görüşü artıq keçirilib. “Mexico Guerreros” səfərdə “Argentina Condors”u 4:1 hesabı ilə məğlub edib. “Poland Hussars” isə gözlənilmədən “Dinamo”dan üstün olub – 3:2.

Turnir cədvəli
1. Mexico Guerreros 6 (2)
2. “Dinamo” (Rusiya) 4 (2)
3. Baku Fires 3 (1)
4. Poland Hussars 3 (2)
5. Argentina Condors 0 (2)
6. Desert Hawks 0 (1)