12:19 27-11-2012
news_image
1069
STOLÜSTÜ OYUNLAR

“Həşimov Hamburqda daha təcrübəli həkimlər tərəfindən müalicə olunur”

“Vüqara dövlət tərəfindən yüksək köməklik göstərilir. Həşimov əvvəlcə İsveçrədə xəstəxanada müalicə alırdı. Onun 35 min avroluq ilkin müalicə xərclərini SOCAR ödəyib”. Apasport.az saytının məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, qrossmeysterimiz Almaniyanın Hamburq şəhərində müalicəsini davam etdirir: “Hazırda Həşimov Hamburqda daha təcrübəli həkimlər tərəfindən müalicə olunur. Onun müalicəsi dövlət tərəfindən tam maliyyələşəcək”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan şahmat yığmasının kapitanı Vladimir Tukmakov Vüqar Həşimovun vəziyyətinin yaxşı olmadığını, onun hətta idmançı karyerasını bitirmə ehtimalının olduğunu açıqlayıb. Həşimov indiyədək komandalararası Avropa çempionu, həmçinin Qran-pri və digər yarışların qalib və mükafatçısı olub.