16:27 27-11-2012
news_image

Bakı təmsilçisinin “Dinamo” ilə görüşünün vaxtı dəyişdirildi

Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubunun Rusiyanın “Dinamo” komandası ilə görüşünün vaxtı dəyişdirilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, öncədən matçın dekabrın 8-də keçirilməsi nəzərdə tutulsa da, Rusiya tərəfinin xahişi ilə döyüş yanvarın 25-də Moskvada baş tutacaq.

Qeyd edək ki, komandamız II turda səfərdə Əlcəzairin “Desert Hawks” klubu ilə (30 noyabr) qarşılaşacaq. Dekabrda bir görüş keçirəcək “Baku Fires” (15 dekabr: “Baku Fires” – “Mexico Guerreros”) təqvimə əsasən gələn ilin ilk ayında 3 dəfə rinqə çıxacaq. Boksçularımız yanvarın 12-də Bakıda Polşa, 18-i və yaxud 19-da səfərdə Argentina, 25-də isə Moskvada Rusiya ilə qarşılaşacaq.