13:35 28-11-2012
news_image
1056
STOLÜSTÜ OYUNLAR

Bakıda olimpiada müqaviləsi imzalandı

Bakıda keçiriləcək şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası ilə əlaqədar müqavilənin rəsmi imzalama mərasimi keçirilib. Apasport.az-ın məlumatına görə, müvafiq sənədləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, eləcə də gənclər və idman naziri Azad Rəhimov imzalayıblar.

Tədbirin ardından mətbuat konfransı keçirilib.