15:22 28-11-2012
news_image
1036
STOLÜSTÜ OYUNLAR

“Serj Sərkisyana dedim ki...”

“FİDE Baş Assambleyasında bu məsələni bəzi şəxslər siyasiləşdirməyə çalışırdılar. Biz isə düşünürük ki, şahmat ölkələri birləşdirməlidir. Biz siyasiləşdirmənin əleyhinəyik, şahmatın ölkələri birləşdirdiyini düşünürük”. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov deyib.

O, Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası ilə əlaqədar müqavilənin rəsmi imzalama mərasimində Ermənistan yığmasının Azərbaycana gəlib-gəlməyəcəyi ilə bağlı sualı cavablandırıb. FİDE prezidenti bildirib ki, bu məsələ tezliklə müzakirə olunacaq: “Yanvarın 18-də İrəvanda FİDE Prezident Şurasının iclasında bu məsələ müzakirə olunacaq və Azərbaycandan da nümayəndələrin iştirakını dəstəkləyirik. Ermənistan prezidenti Serj Sərkisyana zəng edərək, bunu söylədim”.