12:00 29-11-2012
news_image

Saypulla Absaidovun “14-lüyü”

Noyabrın 30-da dekabrın 3-dək Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirdə Azərbaycan yığmasının bəzi üzvləri də iştirak edəcəklər.

Belə ki, baş məşqçi Saypulla Absaidovun başçılığı altında 14 pəhləvanımız turnirdə qüvvəsini sınayacaq. Heyətdə Qalib Əliyev (55 kq), Ağahüseyn Mustafayev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 60 kq), Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev (hər ikisi 66 kq), Əşrəf Əliyev, Murtuz Müslümov (hər ikisi 74 kq), Məhəmməd Əbdülxaliqov, Məhəmmədsultan Zakavov, İlya Xamikoyev (hamısı 84 kq), Aslanbek Alborov (96 kq), Aslan Dzebişov, Əli İsayev və Əli Məhəmmədabirov (hamısı 120 kq) yer alıblar.