12:29 29-11-2012
news_image
3722
DÖYÜŞ NÖVLƏRİ

İrəvanda Azərbaycan bayrağı dalğalanır - FOTO - VİDEO

Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı dalğalanıb. Apasport.az saytının məlumatına görə, Karen Dəmirçiyan adına İdman-Konsert Kompleksində keçirilən gənc boksçular arasında dünya çempionatının rəsmi açılış mərasimində ölkəmizin millisi də iştirak edib.

68 yığmadan 620 idmançının qatıldığı mundialın açılış paradına boksçularımız üçrəngli bayrağımızla çıxıblar. Bundan başqa, iştirakçı ölkələrinin bayraqlarının yer aldığı kompleksin tavanında da dövlət bayrağımız asılıb.

Bu gün start götürən dünya çempionatında boksçularımız rəqiblərini də tanıyıblar. Onlardan Nəsrəddin Məmmədov (56 kq) elə ilk görüşdə düşmən ölkənin idmançısı ilə üz-üzə gələcək. O, 1/32 finalda Taron Soqomonyana gücünü göstərəcək. Digər boksçularımızdan eyni mərhələdə Tural Əhmədov (52 kq) Hadi Həssən Srurla (Norveç) münasibətinə aydınlıq gətirəcək. Saqi Salehli (69 kq), Rauf Məmmədov və Rahil Rəhimov (81 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. Onlar müvafiq olaraq, Artyom Solovyev (Ukrayna), Aleksandr Dokvadze (Gürcüstan) və Saret Murieli (Puerto-Riko) sınağa çəkəcəklər. Pərviz Bağırovla (64 kq) Orxan Mailli (75 kq) də bu mərhələdən yarışa qatılacaq. Lakin onların rəqiblər 1/32 finaldan sonra müəyyənləşəcək.