16:32 29-11-2012
news_image
1351
DÖYÜŞ NÖVLƏRİ

Nəsrəddin Məmmədov mübarizəni dayandırdı

Ermənistanın paytaxtı İrəvanda boks üzrə gənclər arasında dünya birinciliyi start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə boksçularımızdan Nəsrəddin Məmmədov (56 kq) rinqə çıxıb. Milli komandamızın üzvü erməni rəqibi Taron Soghomonyana uduzaraq, mübarizəni dayandırıb. İlk raundda rəqib boksçu 7:5 hesabı ilə qalib gəlib. İkinci hissə 5:5 hesabı ilə yekunlaşıb. Həlledici 3-cü raundda 2:6 hesabı ilə uduzan təmsilçimiz döyüşdən məğlub ayrılıb – 12:18.

Sabah daha 3 boksçumuz rinqə çıxacaq. 52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədovun 1/32 finaldakı rəqibi norveçlı Hadi Srour olacaq. Görüş axşam seansına nəzərdə tutulub.

Gənclər arasında Avropa çempionu Rauf Rəhimov da (81 kq) ilk döyüşünü noyabrın 30-da keçirəcək. Boksçumuz gürcüstanlı Aleksandr Dokvadzeni məğlub etməyə çalışacaq. Həmin döyüş də saat 19:00-da başlayacaq axşam proqramında olacaq. Rahil Məmmədli (91 kq) isə noyabrın 30-da günorta proqramında debüt edəcək. Millimizin üzvü Puerto Riko nümatyəndəsi Sahret Delgadonu sınağa çəkəcək.