11:24 01-12-2012
news_image

“Baku Fires” Əlcəzairdən qalib qayıdır

Ümumdünya Boks Seriyasının (WSB) 2-cü turun matçında Azərbaycanın “Baku Fires” və Əlcəzairin “Desert Hawks” komandaları üzləşiblər. Apasport.az saytının məlumatına görə, təmsilçimiz səfərdə keçirilən görüşdən 3:2 hesabı ilə qalib gələrək, 2 oyundan sonra 100 faizlik nəticə göstərib.

Döyüşlərin nəticələri:
Desert Hawks – Baku Fires
54 kq. Samir Brahimi (Əlcəzair) – Orzubek Şaimov (Özbəkistan) – 0:3 (47:48, 47:48, 46:49)

61 kq. Abdelkader Çadi (Əlcəzair) – İsa İsayev (Azərbaycan) – 3:0 (48:47, 49:46, 49:46)

73 kq. Sofiane Tabi (Əlcəzair) –Jaba Xositaşvili (Gürcüstan) – 0:3

85 kq. Nabil Kassel (Əlcəzair) – Vladimir Çeleş (Moldova) –0:3 (46:48, 45:49, 45:49)

+91 kq. Çouaib Boulodinats (Əlcəzair) – Əshab Abdulxaliqov (Azərbaycan) – 3:0 (50:45, 50:45, 50:45)

Turnir cədvəli:
Mexico Guerreros 6 (2)
Baku Fires 6 (2)
Dinamo (Moskva) 4 (2)
Hussars Poland 3 (2)
Desert Hawks 0 (2)
Argentina Condors 0 (2)

B qrupunda 6 xala malik British Lionhearts və Astana Arlans 1-2-ci yerləri bölüşürlər.

Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü dekabrın 15-də Bakıda “Mexico Guerreros”a qarşı keçirəcək.