00:58 02-12-2012
news_image
1197
DÖYÜŞ NÖVLƏRİ

Daha 2 boksçumuz İrəvanda qələbə qazandı

İrəvanda keçirilən gənclər arasında dünya çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 3 boksçusu mübarizə aparıb. Apasport.az saytının məlumatına görə, onlardan 2-si ilk görüşlərini qələbə ilə başa vurub.

64 kq çəkidə yarışan Pərviz Bağırov 1/32 finalda Yaponiya idmançısı Hikaru Okişimanı 15:9 (5:3, 6:4, 4:2) hesabı ilə yenib.

69 kq çəkidəki təmsilçimiz Saqi Salehli Ukrayndan olan boksçu Artyem Solovyova 21:11 (16:3, 7:5,8:3) hesabı ilə məğlub olub.

75 kq çəkidə yer alan Orxan Mayıllı isə avstraliyalı Luke Con Traversiyə 9:3 (9:3,0:0, 0:0) hesabı ilə qalib gəlib.