12:56 03-12-2012
news_image

Bakıya Paris qızılı ilə qayıtdı

Fransanın paytaxtında taekvondo üzrə 8-ci beynəlxalq Paris turnirinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda iştirak edən Azərbaycan millisi vətənə 1 qızıl medalla qayıdıblar.

Olimpiya çəki dərəcələrində gənclər arasında yarışda 5 idmançımızdan Səid Quliyev (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 5 döyüş keçirən taekvondoçumuz finalda yerli idmançıya qalib gəlib.

Milli komandanın baş məşqçisi Məmməd Abdullayevin yetirmələrindən Elnur Məhərrəmov (+73 kq), Ayxan Tağızadə (63 kq) və Babək Əjdərli (48 kq) isə mübarizəni bürünc medalın bir addımlığında başa vurublar.