13:21 03-12-2012
news_image
782
STOLÜSTÜ OYUNLAR

Yığmamızın 5 üzvü mövqeyini itirdi

Beynəlxalq Сüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan idmançıları üçün uğursuz alınıb.

Belə ki, təmsilçilərimizdən yalnız Nicat Şıxəlizadə (66 kq) irəliləməyi bacarıb. O 28-ci yerə yüksəlib. Şıxəlizadədən fərqli, İlqar Müşkiyev (60 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq), Ramilə Yusubova (63 kq) hərəyə 1, Elmar Qasımov (100 kq) 22 isə 2 pillə aşağı düşüb.

Yığmamızın liderlərindən Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) yenə 4-cü pillədəki yerini qoruyub. Onun kimi Tərlan Kərimov (66 kq, 19-cu yer) və Rüstəm Orucov (73 kq, 18-ci yer) da mövqelərində qalıblar.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.