20:13 04-12-2012
news_image

“Boks kralı” Məhəmməd Əli

Hər zaman ən yaxşı boksçu kimi tanınan Məhəmməd Əli, Dünya Boks Şurası tərəfindən “boks kralı” elan edilib. Apasport.az saytının məlumatına görə, Meksikanın kurort şəhərlərindən biri olan Kankuna 70 yaşlı amerikalı boksçu həyat yoldaşı ilə birgə gəlib. Həmin mərasimdə Əlinin başına tac qoyularaq, ona hökmdarlara məxsus olan əsa və çiyinlik verilib.

Qeyd edək ki, Kassius Kley adı ilə tanınan Məhəmməd Əli, 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. 1964-cü ildə İslam dinini qəbul edən boksçu, 3 dəfə dünya çempionluğunu qazanıb. 1981-ci ildə boksla vidalaşan Məhəmməd Əli, hazırda parkinson xəstəliyindən əziyyət çəkir.