01:01 05-12-2012
news_image
859
STOLÜSTÜ OYUNLAR

Azərbaycanlı hakim beynəlxalq dərəcə aldı

Rusiyanın Suzdal şəhərində bu ölkənin şahmat federasiyası FİDE-nin bayrağı altında hakimlərin seminarını keçirib. Apasport.az saytının xəbərinə görə, 10 günlük seminarın yekununda dinləyicilər hakimlik dərəcəsi almaq üçün imtahan veriblər.

Həmin seminarda iştirak edən həmyerlimiz Qüdrət İsmayılov imtahanı uğurla verərək, FİDE hakimi adına layiq görülüb.