14:18 05-12-2012
news_image
821
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov “üçlüy”ə düşə bilmədi

Kişi şahmatçıların Qran-pri turnirinin növbəti mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Daşkənddə baş tutan oyunlarda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2764) da gücünü yoxlayıb.

Son tura kimi lider olan həmyerlimiz sonuncu – XI turda çinli Van Haoya uduzmaqla ilk “üçlük”dən kənarda qalıb. O keçirdiyi oyunlarda 2 qələbə və 8 heç-heçə nəticəsində aktivinə 6 xal yazdırıb ki, bu da Sergey Karyakin (2775, Rusiya), Van Hao (2737, Çin) və Aleksandr Morozeviçin (2748, Rusiya) topladığın 0,5 xal az olub.

Qeyd edək ki, Qran-prinin növbəti mərhələsi apreldə Lissabonda keçiriləcək. Burada mübarizəyə digər həmyerlimiz Teymur Rəcəbov da qoşulacaq.