15:14 06-12-2012
news_image
2096
DÖYÜŞ NÖVLƏRİ

Boksçumuz İrəvanda bürünc medal qazandı

Ermənistanın paytaxtı İrəvanda gənc boksçular arasında dünya çempionatında bu gün yarımfinal görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, rinqə çıxan idmançılar arasında həmyerlimiz Pərviz Bağırov (64 kq) da olub.

2 gün öncə yarımfinala yüksəlməklə, özü üçün bürünc medalı təmin edən Avropa çempionumuz qvatemalalı Lester Normandi Martines Tutla döyüşüb. Amma görüş həmyerlimiz üçün uğursuz alınıb.

O, ilk raundda rəqibinə 1:3 hesabı ilə uduzsa da, ikinci hissədə dönüş yaradıb. Bu dəfə hər boksçunun 5 dəqiq zərbəsi qeydə alınıb. Lakin sonuncu raund idmançımız üçün çətin keçib və Pərviz yekunda 9:13 hesabı ilə uduzub.

Qeyd edək ki, yığmamız Ermənistana 7 boksçu ilə yollanmışdı.