18:03 07-12-2012
news_image
663
DİGƏR NÖVLƏR

Milli Paralimpiya Komitəsində yeni vitse-prezident

Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə iclas keçirilib. Apasport.az saytının məlumatına görə, qurum rəhbəri komitədə vitse-prezident vəzifəsinin bərpa olunmasını təklif edib.

Bununla bağlı müzakirələr aparıldıqdan sonra Natiq Qasımovun namizədliyi irəli sürülüb. Ardından o komitə üzvləri tərəfindən vitse-prezident postuna seçilib.