23:30 07-12-2012
news_image
625
DİGƏR NÖVLƏR

Dünya çempionu Hava limanında saxlanıldı

“Formula-1” üzrə dünya çempionu Sebastian Vettel Türkiyəyə şəxsiyyət vəsiqəsiz gəlib. Apasport.az saytının məlumatına görə, almaniyalı pilot Beynəlxalq Avtomobil Federsiyasının İstanbulda keçirəcəyi mərasimə qatılmaq üçün şəxsi təyyarəsi ilə Sabiha Gökçen adına Hava Limanına enib. Nəzarətçilərin yoxlaması zamanı Vettelin şəxsiyyət vəsiqəsinin üzərində olmadığı müəyyənləşib.

1 saat qədər Hava limanında saxlanılan pilot, daha sonra Almaniya səfirliyinin köməyi ilə məsələni yoluna qoyub.