13:57 09-12-2012
news_image
1356
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli “üçlüyə” qayıtdı

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahını Azərbaycan millisinin idmançıları üçün uğurlu saymaq olar.

Çünki komandamız son yarışlara qatılmasa belə millimizin aparıcı üzvlərindən yalnız Kifayət Qasımova (57 kq) geriləyib. O, 11-ci yeri 14-ə dəyişib. Kifayətin əvəzində Elnur Məmmədli (81 kq) 1 pillə irəliləməklə yenidən “3-lüyə” qayıdıb. Olimpiya çempionumuz kimi İlqar Müşkiyev (60 kq), Rüstəm Orucov (73 kq) və Ramilə Yusubova da (63 kq) 1 rəqiblərinin geriləməsi səbəbindən müvafiq olaraq, 7-ci, 17-ci və 19-cü yerə yüksəliblər.

Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) isə yerlərində “sayıblar”. Onlar müvafiq olaraq, yenə 19-cu, 28-ci, 12-ci və 22-cidirlər.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.