12:02 11-12-2012
news_image
1170
DİGƏR NÖVLƏR

“Avropa Oyunları Azərbaycana 100 milyon avrodan çox qazandıracaq”

“Oyunların bütün yayım hüquqları Azərbaycan tərəfindədir. Avropa Olimpiya Komitəsinin təklifi ilə bu hüquqları Avropa Yayım Şurasına satacağıq”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, gəlir 4 bənd üzrə əldə olunacaq: “Məbləğ 40-50 milyon avrodan aşağı olmayacaq. Bütün sponsorlardan gəlirlər Azərbaycana çatacaq. Eyni zamanda, brendlər və bilet satışı hüququ da ölkəmizə verilib. Bu maddələr üzrə ən azı 100 milyon avro vəsait büdcəmizə daxil olmalıdır. Təxminən bu gəlirin 120-130 milyon avro aralığında olması gözlənilir”.

Çəkilən xərclərə gəldikdə, nazir bu məbləğin çox da yüksək olmayacağına inandığını vurğulayıb.