15:28 11-12-2012
news_image
823
DİGƏR NÖVLƏR

Rusiya Olimpiya Komitəsindən Avropa Oyunlarına dəstək

Bakıda keçiriləcək I Avropa Oyunlarının təşkilində Azərbaycanla tərəfdaşlıq etmək istəyən ölkələrdən biri məlum olub. Apasport.az saytının məlumatına görə, Rusiya 2015-ci ildə təşkil ediləcək yarışda ölkəmizə hər cür dəstək verməyə hazırdır.

Belə ki, bu ölkənin Milli Olimpiya Komitəsi Azərbaycandan olan həmkarları ilə əməkdaşlıq etmək istəyini açıqlayıb. Şimal qonşularımız bəyan edib ki, Avropa Oyunlarının təşkili prosesində Azərbaycan Milli Olimpiya Komitəsinə öz töhfələrini verə bilərlər.

Qeyd edək ki, Rusiya Avropa Oyunlarından 1 il öncə Soçi Qış Olimpiya Oyunlarını keçirəcək. Bu isə SSRİ dağıldıqdan sonra bu məkanda baş tutacaq ilk belə yarışdır.