16:40 11-12-2012
news_image

Dünya çempionumuz yenidən heyətdə

Dekabrın 15-də “Baku Fires” klubu Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turunun matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız saat 19:00-da başlayacaq görüşdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Meksikanın “Mexico Guerreros” klubu ilə qarşılaşacaq. Komandalar artıq heyətlərini açıqlayıb.

“Baku Fires” – “Mexico Guerreros”
54 kq. Məhəmməd Qurbanov (Rusiya) – Kristian Torres (Meksika)
61 kq. Albert Səlimov (Rusiya) – Fernando Alvarez Dias (Meksika)
73 kq. Məhəmməd Nurutddinov (Belarus) – Konrad Kamminqs (İrlandiya)
85 kq. Hacımurad Nasrutdinov (Azərbaycan) – İsaak Qutyerres (Meksika)
+91 kq. Məhəmmədrəsul Məcidov (Azərbaycan) – Aleks Rivera (Meksika)

Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovu yenidən rinqdə izləyə biləcəyik. Onun rəqibi ötən mövsüm hər 2 döyüşdə məğlub olmuş Aleks Riveyradır. 23 yaşlı Hacımurad Nasrutdinov isə WSB liqasında debüt edəcək.

Meksika klubunda Fernando Alvarez Dias və İsaak Qutyerres bu çempionatda ilk döyüşlərini qələbə ilə başa vurublar. Hər 2 komanda A qrupunda liderlər arasında olduğundan görüşün gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Komandamız meksikalılara nisbətən bir görüş az keçirib. “Baku Fires”in “Dinamo” ilə səfər matçı yanvarda baş tutacaq. Qrupun digər görüşlərində “Poland Hussars” “Desert Hawks”ı qəbul edəcək. “Dinamo” (Moskva) – “Argentina Condors” qarşılaşması təxirə salınıb.

Turnir cədvəli
1. Mexico Guerreros 9 (3)
2. “Baku Fires” 6 (2)
3. “Dinamo” 4 (2)
4. Argentina Condors 3 (3)
5. Poland Hussars 3 (3)
6. Desert Hawks 1 (3)