18:30 11-12-2012
news_image

Boksçularımızın rəqibləri məlum oldu

Rusiyanın Kalininqrad şəhərində 18-22 yaşlı boksçular arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ilk dəfə təşkil olunan yarışda ölkəmizi 7 boksçu təmsil edir.

İlk olaraq boksçularımızdan 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev rinqə çıxacaq. Onun rəqibi litvalı Riçardas Kunçaitis olacaq. Emil Əhmədov (75 kq) yarışda ilk döyüşünü Almaniya təmsilçisi Denis Radovana qarşı keçirəcək. London Olimpiadasının iştirakçısı Vətən Hüseynli ilk döyüşdə bolqarıstanlı Radoslav Pantalievi məğlub etməyə çalışacaq. Avropa çempionu Salman Əlizadənin (52 kq) ilk döyüşdəki rəqibi fransalı Elie Konki olacaq.

Cavid Çələbiyev ötən mövsüm WSB liqasında yaxşı təsir bağışlayan təcrübəli Macarıstan idmançısı Kristian Nagi ilə üz-üzə gələcək. 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayevi ilk mərhələdəcə çətin sınaq gözləyir. Milli komandamızın üzvü Ermənistan boksçusu Hovannes Baçkovla döyüşəcək. Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyevin də (64 kq) ilk rəqibi erməni əsilli idmançı olacaq. Ancaq Artyom Harutunyan Almaniyanı təmsil edir. Həm İsyev, həm də Hacəliyev dekabrın 12-də rinqə çıxacaq.