12:00 12-12-2012
news_image
1570
DÖYÜŞ NÖVLƏRİ

“Azərbaycanda güləşə olan qayğı Almaniyada mümkündüzdür”

“Almaniyada güləşin problemləri lazımi qayğının olmamağıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya güləşinin veteranı Ekhard Knodel deyib.

Vaxtilə ölkə çempionu olan idmançı hazırda məşqçi kimi çalışır. Lakin Almaniya güləşinin gündən-günə aşağı səviyyəyə düşməsi onu da narahat edir.

Alman həmkarlarımıza müsahibəsində güləşin problemlərindən danışan Knodel bu idman növünə qayğının Azərbaycan nümunəsindən həsədlə danışıb.

Düzdür, veteran mükafatın məbləği və tamaşaçı sayı ilə bağlı rəqəmləri bir az şişirdib: “Misal üçün, Azərbaycan güləşçisinə baxın. O, olimpiya çempionu olduğu üçün ev və yaxşı mükafat qazanır. Bizim Almaniyada isə bu mükafat cəmi 15 min avrodur. Bundan başqa, Şərqi Avropaya diqqət yetirin. Ölkəsinə medal qazandıran idmançı milli qəhrəman səviyyəsinə qaldırılır. Özü də ömürlük. Azərbaycan, Qazaxıstan, Rusiya və İranda zallara az qala 20 min tamaşaçı toplaşır. Almaniyada isə bunlar mümkünsüzdür”.