14:57 12-12-2012
news_image

Tamerlan Abdullayev mübarizəni dayandırdı

Rusiyanın Kalininqrad şəhərində boks üzrə 18-22 yaşlılar arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançılarından yarışın ilk günündə 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev rinqə çıxıb.

Milli komandamızın üzvü litvalı Riçardas Kunçaitisə 12:13 hesabı ilə uduzub. Yığmamızın baş məşqçisi Nəriman Abdullayev bildirib ki, boksçumuz bu görüşdə pis təsir bağışlamayıb. Sadəcə hakimlərin qeyri-obyektiv qərarları səbəbindən həmyerlimiz mübarizəni dayandırmalı olub.

Bu gün yarışda daha 2 boksçumuz ilk görüşlərini keçirəcəklər. Elvin İsayev (60 kq) Ermənistan nümayəndəsi Hovanes Baçkovla, Heybətulla Hacəliyev (64 kq) isə Almaniyanı təmsil edən Artyom Arutunyanla üz-üzə gələcək.