17:31 12-12-2012
news_image
1817
DÖYÜŞ NÖVLƏRİ

Elvin İsayev erməni boksçusuna yerini göstərdi

Rusiyanın Kalininqrad şəhərində boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün boksçularımızdan ilk olaraq 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev rinqə çıxıb.

O, erməni rəqibi Oqanes Baçkovu 17:14 hesabı ilə məğlub edib. Beləliklə, milli komandamızın üzvü 1/4 finala vəsiqə qazanıb. Axşam saatlarında isə Heybətulla Hacəliyev Almaniyanı təmsil edən Artyom Arutunyanla qarşılaşacaq.