20:59 12-12-2012
news_image

Qadın boksçularımızdan dördü 1/4 finalda

Qazaxıstanda boks üzrə qadınlar arasında beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 4 üzvü 1/4 finala vəsiqə qazanıb.

Əzizə Abbasova, Yelena Vıstropova, Leyla Cavadova və Aynur Rzayeva ilk döyüşlərini qələbə ilə başa vurublar. İlk dəfə beynəlxalq turnirdə iştirak edən Anaxanım Ağayeva və Ceyran Dadaşova ilk görüşdə məğlub olublar. Ancaq hər iki boksçumuz daha təcrübəli rəqiblərinə layiqli müqavimət göstərə biliblər. Ağayeva qazaxıstanlı boksçuya 7:9, Dadaşova da yerli idmançıya 7:12 hesabı ilə uduzub.