23:35 12-12-2012
news_image
640
DİGƏR NÖVLƏR

Üzgüçülərimiz dünya çempionatında iştirak edir

Bu gün İstanbulda Beynəlxaq Üzgüçülük Federasiyasının (FINA) himayəsi altında keçirilən qısa məsafədə üzgüçülük üzrə 11-ci dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, turnirə Azərbaycan üzgüçüləri də qatılıb.

Yarışda vətənimizi üç kişi və bir qadın üzgüçü təmsil edir.

Qeyd edək ki, İstanbulda mübarizə aparacaq 4 üzgüçümüz çempionat çərçivəsindəki bütün yarışlarda qüvvəsini sınayacaqlar.