10:58 13-12-2012
news_image
1132
DÖYÜŞ NÖVLƏRİ

Heybətulla Hacəliyev də erməni boksçunu döydü - FOTO

Rusiyanın Kalininqrad şəhərində davam edən boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatında daha bir Azərbaycan idmançısı 1/4 finala yüksəlib. Apasport.az saytının məlumatına görə, Elvin İsayevin (60 kq) ardından Heybətulla Hacəliyev də mərhələ adlayıb.

64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Almaniyanı təmsil edən erməni əsilli Artyom Arutunyandan üstün olub – 17:11. O, 1/4 finalda Belarus təmsilçisi Aleksek Qaletiçlə üz-üzə gələcək.

Xatırladaq ki, İsayev 1/8 finalda Ermənistan yığmasının üzvü Oqanes Baçkova qalib gəlmişdi.