15:35 13-12-2012
news_image
1029
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov üçün 3 sınaq

Sabah Çinin paytaxtı Pekində Dünya İntellektual Oyunlarına Oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, dekabrın 19-dək davam edəcək yarışda dünyanın 16 güclü şahmatçısı arasında Azərbaycan yığmasının lideri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da yer alacaqlar.

Qrossmeysterimizin rəqibləri Sergey Karyakin, Aleksandr Morozeviç, Aleksandr Qrişuk (hər üçün Rusiya), Hikaru Nakamura, Qata Kamski (hər ikisi ABŞ), Vasili İvançuk (Ukrayna), Veselin Topalov (Bolqarıstan), Peter Leko (Macarıstan), Viorel Boloqan (Moldava), Van Hao, Dinq Liren (Çin), Aniş Qiri (Hollandiya), Levon Aronyan (Ermənistan) və Lauren Frissenet (Fransa) olacaqlar.

Qeyd edək ki, zəka sahibləri şahmatın rapid, blits və gözübağlı növlərində qüvvələrini sınayacaqlar.