16:32 13-12-2012
news_image

Qazaxıstandan 3 medalla

Qazaxıstanda keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnirdə Azərbaycan millisinin 3 üzvü yarımfinala vəsiqə qazanıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, dünya çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Yelena Vıstropovanın (69 kq) qələbəsi daha parlaq olub.

O, rəqibini 3 dəfə noqdauna saldığından hakimlər döyüşü saxlayaraq, qələbəni yığmamızın üzvünə veriblər. Leyla Cavadova da (75 kq) əzmkar qələbə ilə yadda qalıb. Boksçumuz 1-ci raundda noqdauna düşsə də, qazaxıstanlı rəqibini 11:10 hesabı ilə məğlub edib. Aynur Rzayeva da 1/4 final mərhələsində qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Əzizə Abbasova isə yerli boksçu ilə döyüşdə bərabər səviyyədə mübarizə aparsa da, qələbə rəqibə verilib – 8:9.