18:15 13-12-2012
news_image

Daha 2 boksçumuz 1/4 finalda

Rusiyanın Kalininqrad şəhərində 19-22 yaşlılar arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün boksçularımızdan ilk olaraq 56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev rinqə çıxıb.

Millimizin üzvü Macarıstan təmsilçisi Kristian Naqini minimal hesabla məğlub edib – 11:10. Həmyerlimiz 1/4 finalda Gürcüstanı təmsil edən Venetik Eranosyanla qarşılaşacaq.

London Olimpiadasının iştirakçısı Vətən Hüseynli (81 kq) də ilk döyüşünü qələbə ilə başa vurub. Boksçumuz bolqarıstanlı Radoslav Pantaliyevi 18:15 hesabı ilə məğlub edib. Onu növbəti mərhələdə Moldova idmançısı Petru Çobanu gözləyir.

Axşam saatlarında Emil Əhmədov rinqə çıxacaq. Onun rəqibi Almaniya nümayəndəsi Denis Radovan olacaq.

Qeyd edək ki, daha öncə Elvin İsayevlə (60 kq) Heybətulla Hacəliyev (64 kq) mərhələ adlamışdı.