00:10 14-12-2012
news_image
666
DİGƏR NÖVLƏR

Alonso 2012-ci ilin ən güclü pilotu seçildi

“Formula-1” üzrə 2012-ci ilin ən güclü pilotunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 10 pilot arasında 269 xal toplayan Fernando Alonso bu ada layiq görülüb. Burada xallar “Formula-1”də olduğu kimi eyni verilib.

Alonsodan 71 xal geri qalan Sebastyan Fettel 2-ci yeri tutub. 3-cü yer isə 177 xalla Lyuis Hamiltona qismət olub.

Digər sıralarda isə müvafiq olaraq Kimi Raykkonen (176), Censon Batton (104), Mark Uebber (66), Niko Hulkenberq (50), Niko Rosberq (30), Serxio Peres (30) və Felipe Massa (27) qərarlaşıb