00:51 14-12-2012
news_image
570
DİGƏR NÖVLƏR

Kliysters tennislə vidalaşdı

Belçikalı tennisçi Kim Kliysters karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, o, vida görüşünü amerikalı tennisçi Venus Viliamsla qarşı keçirib. Belçika şahzadəsinin də izlədiyi qarşılaşmada, “2009-cu ilin ən yaxşı qadın idmançısı” mükafatının qalibi olan Kliysters, rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Kim Kliysters 3 dəfə ABŞ Açıq çempionatının (2005, 2009, 2010), 1 dəfə isə Avstraliya Açıq çempionatının qalibi olub.