21:01 14-12-2012
news_image

Bir boksçumuz bürünc medalı özünə təmin etdi

Rusiyanın Kalininqrad şəhərində 19-22 yaşlılar arasında boks üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün boksçularımızdan 64 kq çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacəliyev 2-ci döyüşünü keçirib.

Qitə çempionatının bürünc mükafatçısı Belarus təmsilçisi Aleksey Qaletiç üzərində çətin qələbə qazanıb – 20:19. Bu qələbədən sonra yarımfinala vəsiqə qazanan Hacəliyev ən azı bürünc medalı özünə təmin edib. Onun finala gedən yolda rəqibi Rusiya nümayəndəsi Avak Uzlyan olacaq.

Qeyd edək ki, axşam proqramında boksçularımızdan Salman Əlizadə (52 kq) rinqə çıxacaq. Avropa çempionumuz fransalı Eli Konki ilə münasibətlərinə aydınlıq gətirəcək.