03:38 15-12-2012
news_image

Boksçularımızdan ikisi bürünc medalı təmin etdilər

Rusiyanın Kalininqrad şəhərində 19-22 yaşlılar arasında boks üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, axşam proqramında boksçularımızdan Salman Əlizadə (52 kq) rinqə çıxıb. Avropa çempionumuzun rəqibi fransalı Eli Konki olub. Təmsilçimiz rəqibi üzərində asan qələbə qazanıb - 25:13.

Boksçumuz bu qələbədən sonra yarımfinala vəsiqəni rəsmiləşdirib. Həmyerlimiz finala yüksəlmək üçün almaniyalı Hamza Touba ilə döyüşəcək.

Qeyd edək ki, Əlizadə bu il Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Olimpiya təsnifat turnirində bu boksçuya məğlub olmuşdu.

Beləliklə, Heybətulla Hacəliyevdən sonra Salman Əlizadə də azı bürünc medalı özünə təmin edib.