03:07 16-12-2012
news_image

“Baku Fires”dan ardıcıl üçüncü qələbə

Dekabrın 15-də Dünya Boks Seriyası (WSB) Liqası yarışlarının üçüncü turunun növbəti görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın “Baku Fires” klubu Meksikanın “Mexico Guerreros” komandası ilə qarşılaşıb.

Paytaxtımızda baş tutan yarışda Məhəmməd Qurbanov (54 kq, Azərbaycan) Kristian Torres (Meksika) ilə, Albert Səlimov (61 kq) Fernando Diasla, Məhəmməd Nuritdinov (73 kq) Konrad Komminqslə, Hacımurad Nəsrəddinov (85 kq) İsaak Quterreslə və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) isə Aleks Rivera ilə münasibətlərinə aydınlıq gətirib.

Təmsilçilərimiz yarışda inamlı çıxış edərək rəqiblərini 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qrup lideri olan “Baku Fires” keçirdiyi son üç oyunu da qələbə ilə başa vurub.