04:33 16-12-2012
news_image
940
DİGƏR NÖVLƏR

Loxte yenə rekord qırdı

İstanbulda Beynəlxaq Üzgüçülük Federasiyasının (FINA) himayəsi altında keçirilən qısa məsafədə üzgüçülük üzrə 11-ci dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın dördüncü günü amerikalı üzgüçü Rayan Loxte daha bir dünya rekordu müəyyənləşdirib.

Belə ki, o, çempionatın yarımfinal günü 100 metr məsafəyə kompleks üzmədə 50,71 saniyəlik dərəcə göstərərək, həm final mərhələsinə adlayıb, həm də yeni dünya rekorduna sahib olub. Rayandan qabaq bu rekord isə sloveniyalı üzgüçü Peter Mankoça aiddir - 50.76 saniyə.

Qeyd edək ki, Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının qalibi olan Loxte, karyerası ərzində uzaq və qısa məsafələrə 10-dan çox rekordun müəllifidir. Həmçinin 2010-2011-ci illərdə Rayan, dünyanın ən yaxşı üzgüçüsü seçilib.