22:05 16-12-2012
news_image
1502
DÖYÜŞ NÖVLƏRİ

Millimizdə iranlı baş məşqçi

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Salih Bora vəzifəsindən uzaqlaşdırılıb. Apasport.az saytının xəbərinə görə, Güləş Federasiyasının rəhbərliyi türkiyəli mütəxəssislə başa çatan müqavilənin müddətini artırmaqdan imtina edib.

Ötən ilin sentyabrında millimizdə Fərid Mansurovu əvəzləyən Bora ilə müqavilənin müddəti London Yay Olimpiya Oyunlarının sonunadək nəzərdə tutulmuşdu.

Bundan sonra isə yığmamızı iranlı mütəxəssis çalışdıracaq. Əldə etdiyimiz məlumata görə, həmin şəxs London Olimpiadasında İran millisinin ikinci məşqçisi olub. Amma onun adı hələlik açıqlanmır.

Xatırladaq ki, Boranın rəhbərliyi altında milli komandamız London olimpiadasında 1 gümüş 1 bürünc medal qazanmışdı.