15:01 18-12-2012
news_image

Taekvondo üzrə Azərbaycan çempionatı başlayır

Dekabrın 20-də taekvondo üzrə gənclər və böyüklər arasında növbəti ümumrespublika birinciliyi və çempionatı start götürəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, ABU Arena İdman kompleksində keçiriləcək yarış 4 gün davam edəcək.

Gənc idmançılar (oğlanlar) 45, 48, 51, 55, 59, 63, 68, 73, 78, +78 (kq) və (qızlar) 42, 44, 46, 49, 52, 5, 59, 63, 68, +68 (kq) çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Böyüklər isə (kişilər) 54, 58, 63, 68, 74, 80, 87, +87 (kq) və (qadınlar) 46, 49, 53, 57, 62, 67, 73, +73 (kq) çəki dərəcələrində mübarizə aparacaqlar. Hər 2 turnir DAEDO İnternational taekvondo elektron sistemi ilə keçiriləcək.

Yarışa respublikanın 70-dən artıq rayon və şəhərindən 600-dək idmançı qatılacaq. Döyüşlər hər gün saat 10:00-da başlanacaq.