18:35 19-12-2012
news_image
4100
DÖYÜŞ NÖVLƏRİ

Çempion “klassiklər” bəlli oldu - YENİLƏNİB

“Sərhədçi” İdman Olimpiya Mərkəzində güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə də yunan-Roma güləşçiləri xalçaya çıxıblar.

55, 66, 84 vә 120 kq çəkili idmançıların ardınca 60, 74 və 96 kq çəkidə də qaliblər müəyyənləşib. Günün ilk finalında Elçin Әliyev - Taleh Mәmmәdov dueli baş tutub. Ötən il 55 kq çəkidə həlledici görüşdə uduzan Əliyev bu dəfə daha ağır – 60 kq çəkidə çempion adını qazanıb.

74 kq çəki dərəcəsində də yeni Azərbaycan çempionu müəyyənləşib. Dramatikliyi ilə fərqlənən görüşdə Şamil Ertuqanov Niyamәddin İbrahimova qalib gəlməklə, onun titulunu əlindən alıb. Belə ki, yeni çempion ilk hissəni aktivinə yazdıqdan sonra Niyaməddin hesabı bərabərləşdirib. Ardınca isə Şamil hesabda geri ola-ola əsl əzmkarlıq nümayiş etdirib və qızıl medallara yiyələnib.

96 kq çəki dərəcəsində isə 2011-ci ilin finalı təkrarlanıb. Lakin Saman Tәhmasibi - Şalva Qadabadze görüşündə bu dəfə birinci qalib gəlib. O, revanş etməklə gümüş medalı qızıla dəyişib.

Bununla da yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Sabah isə “Sərhədçi” İdman Olimpiya Mərkəzi sərbəst güləşçilərin ixtiyarına veriləcək.


Çempionata dekabrın 21-də yekun vurulacaq.

60 kq
1/16 final
Tural İsgəndərli - Namiq Məmmədov
Elman Muxtarov - Səddam Əmirli
Hüseyn Abbasov - Tural Umayev
Rasim Rüstəmov - Elşən Aşurov
Tural Hacıyev – Cavidan Ədilzadə

1/8 final
Amid Müslümov – Elçin Əliyev
Vüqar Kərimov – Əliqulu Sadıqov
Xaqan Aydayev – Ələsgər Zəkiyev
Zaur Bağırov – Samir Məmmədov
Taleh Məmmədov – Xəyyam Cabbarlı
Kamran Baxışov – Tural İsgəndərli

1/4 final
Elçin Әliyev - Vüqar Kәrimov
Xaqan Aydayev - Zaur Bağırov
Taleh Mәmmәdov - Tural İsgәndәrli
Elman Muxtarov - Cavidan Әdilzadә

1/2 final
Elçin Әliyev - Zaur Bağırov
Taleh Mәmmәdov - Elman Muxtarov

Bürünc medallar uğrunda
Vüqar Kәrimov - Zaur Bağırov
Xәyyam Cabbarlı - Elman Muxtarov

FİNAL
Elçin Әliyev - Taleh Mәmmәdov

1. Elçin Әliyev (İnter, Sumqayıt)
2. Taleh Mәmmәdov (Neftçi İSM)
3. Zaur Bağırov (MOİK)
3. Elman Muxtarov (Neftçi İSM)


74 kq
1/16 final
Yusup Maqomedov – Xalid Qurbanov
Üzeyir Əzizov – Orxan Əmralıyev
Alim Əliyev – Samran Nəsibov
Azad Əliyev – Şamil Ertuqanov
Rəşid Kərimov – Elvin Mürsəliyev
Emin Əliyev – Nicat Sadıqov
Niyaməddin İbrahimov – Adil Qarayev
Hacımurad Bağmanov – Zaur Qəmbərli
Toğrul Yunisli – Azər Nəsirov
Fair Nağıyev – Nurlan Quliyev
İsa Abbaszadə - Vüqar Hətəmov
Timur Umarov – Emil Həmidov
Samiq Ağayev – Natiq Qurbanov

1/8 final
Samuray Mustafayev - Әmrah Mazanov
Rüstәm Әliyev - Yusup Maqomedov
Orxan Әmralıyev - Alim Әliyev
Şamil Ertuqanov - Elvin Mürsәliyev
Nicat Sadıqov - Niyamәddin Ibrahimov
Hacımurad Bağmanov - Toğrul Yunisli
Nurlan Quliyev - Vüqar Hәtәmov
Timur Umarov - Natiq Qurbanov

1/4 final
Samuray Mustafayev - Yusup Maqomedov
Alim Әliyev - Şamil Ertuqanov
Niyamәddin Ibrahimov - Hacımurad Bağmanov
Nurlan Quliyev - Timur Umarov

1/2 final
Yusup Maqomedov - Şamil Ertuqanov
Niyamәddin Ibrahimov - Timur Umarov

Bürünc medallar uğrunda
Elvin Mürsәliyev - Yusup Maqomedov
Nicat Sadıqov - Timur Umarov

FİNAL
Şamil Ertuqanov - Niyamәddin Ibrahimov

1. Şamil Ertuqanov (İnter)
2. Niyamәddin İbrahimov (Spartak)
3. Elvin Mürsәliyev (Neftçi İSM)
3. Timur Umarov (Atasport)


96 kq
1/16 final
Şalva Qadabadze – İsa Zəkiyev
Kamran Hüseynov – Sərxan Pənahov
Ramin Abbasov – Ruslan Əliyev

1/8 final
Araz Həsənov – Adil Hüseynov
Nizami Qafarov – Vüqar Mirzəyev
Saman Təhmasibi – Cavid Xasayev
Elməddin Hüseynov – Əsəd Əsədzadə
Şəhriyar Məmmədov – Elvin Cahangirov
Anar Adışlı – Samir Qayıbov
Hacımurad Çöpsiyev - Şalva Qadabadze

1/4 final
Şalva Qadabadze - Kamran Hüseynov
Araz Hәsәnov - Nizami Qafarov
Saman Tәhmasibi - Әsәd Әsәdzadә
Şәhriyar Mәmmәdov - Anar Adışlı

1/2 final
Araz Hәsәnov - Saman Tәhmasibi
Şәhriyar Mәmmәdov - Şalva Qadabadze

Bürünc medallar uğrunda
Әsәd Әsәdzadә - Araz Hәsәnov
Hacımurad Çöpsiyev - Şәhriyar Mәmmәdov

FİNAL
Saman Tәhmasibi - Şalva Qadabadze

1. Saman Tәhmasibi (Atasport)
2. Şalva Qadabadze (Atasport)
3. Araz Hәsәnov (Neftçi İSM)
3. Şәhriyar Mәmmәdov (DİN İC)


Qeyd edək ki, 1 gün öncə Orxan Әhmәdov (55 kq, Lokomotiv), Azad Әliyev (66 kq, İnter), Rafiq Hüseynov (84 kq, DİN İC) və Maksim Proxorov (120 kq, Atasport) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdılar.