16:32 19-12-2012
news_image

Hindistan yığması Bakıda

Sabah Texniki Universitetin idman zalında Azərbaycan boksunun banisi hesab olunan Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi turnirə start veriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan və Rusiya komandaları iştirak edəcəklər.

Bir çox ölkələrin yarışdan imtina etməsi dünya birinciliyinin yeni başa çatması ilə bağlıdır. Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyevin sözlərinə görə, dünya birinciliyi öncədən oktyabrda Tailandda keçirilməli idi. Ancaq bu ölkənin yarışdan imtina etməsi turnirin keçirilmə vaxtına da təsir göstərdi.

Qeyd edək ki, dünya birinciliyinə dekabrın 7-də yekun vuruldu.
Azərbaycanın gənclər ibarət komandası Ağalarov turnirində 3 heyətlə çıxış edəcək. Yarışa dekabrın 23-də yekun vurulacaq. Döyüşlər hər gün saat 17:00-da başlayacaq. Final görüşlərinə saat 14:00-da start veriləcək.